Azərbaycanda koronavirusla bağlı son vəziyyət

ÖLKƏ
22:58
1 İyun 2020
66

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 4 285 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 1-nə açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 302 933 test edilib və 5 662 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 3 508 nəfəri sağalıb, 68-i dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 168 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər vəfat edib, 80 xəstə sağalıb.

Xəbər lenti