Həmin dairədən yenidən namizəd ola bilərlər

GÜNDƏM
13:54
17 Fevral 2020
154

Mərkəzi Seçki Komissiyasının (MSK)13 fevral tarixli iclasında 4 seçki dairəsi – 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələri üzrə səsvermənin nəticəsi etibarsız hesab olunub.

Bəzi saytlarda gedən məlumatlara görə, nəticəsi ləğv olunan dairələrdə lider namizədlər yenidən həmin dairədən namizədliyini irəli sürə bilməz.

Sabah.az Modern.az-a istinadən xəbər verir ki, seçki məsələləri üzrə ekspert, MSK-nın keçmiş üzvü Akif Qurbanov isə  bildirib ki, deyilənlər yanlışdır.

“İstənilən şəxs namizədliyini irəli sürə bilər. Burada heç bir məhdudiyyət yoxdur. Hətta MSK-a tərəfindən qalibiyyəti ləğv olunan lider namizədlər yenidən, həmin dairədən öz namizədliyini irəli sürə bilər”, - deyə A.Qurbanov bildirib.

Qeyd edək ki, 33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın namizədi Hüseynbala Mirələmov, 35 saylı Xətai üçüncü seçki dairəsindən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, 74 saylı Lənkəran kənd seçki dairəsindən YAP-ın namizədi Hadi Rəcəbli və 80 saylı İmişli-Beyləqan seçki dairəsindən bitərəf Çingiz Qənizadə MSK-nın açıqladığı nəticələrə görə lider namizədlər idi. MSK həmin dairələr üzrə nəticələri ləğv edib.

Xəbər lenti