İş yerində narkotik yetişdirirmiş - Fotolar

XƏBƏR
11:00
1 İyun 2020
118

İş yerində narkotik becərən şəxs saxlanılıb.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinə rayon sakini, 27 yaşlı Mircavad Ağayevin rayon ərazisində çalışdığı daş karxanasının ərazisində narkotik maddələrin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində M.Ağayev saxlanılıb və onun mühafizəçi kimi çalışdığı karxana ərazisinə keçirilən baxış zamanı oradan 41 ədəd xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı M.Ağayev çətənə kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Xəbər lenti