“Lider” TV-nin müflis elan edilməsi barədə məhkəmə olacaq

ÖLKƏ
09:35
1 İyun 2020
68

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə iddia qaldırıb.

Sabah.az “Report”a xəbər verir ki, iddia ərizəsinə iyunun 8-də Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində “Lider TV”  (1 sentyabr 2000-ci ildən), həmçinin “Radio Lider” fəaliyyət göstərir.

Xəbər lenti