Bərdədə ana və qızı qətlə yetirildi - Fotolar+Yenilənib

GÜNDƏM
09:07
1 İyun 2020
353

Bərdədə ana və qızı qətlə yetirilib.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində baş verib.

Ov tüfəngi ilə qətlə yetirilən ana və qızının hələ ki, şəxsiyyətləri məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Qətlə yetirilən ana ilə qızının şəxsiyyəti məlum olub. Ana Zeynalova Nəzrin, qızı isə Zeynalova Əminə Musa qızıdır.

***

Ana və qızı qətlə yetirən şəxsin ailənin övladı olduğu məlum olub. Belə ki, Toğrul Zeynalov adlı şəxs anasını və bacısını öldürüb.

Fotoda: Qətli törədən Toğrul Zeynalov

Xəbər lenti