“Göyçə” kafesinin sahibi və müştəriləri saxlanıldı

XƏBƏR
17:38
31 May 2020
95

Goranboy rayonunun Dəliməmmədli şəhər ərazisində Sərxan Mustafayevin icarəyə götürdüyü “Göyçə” kafesinin çay evi hissəsinin müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, bundan başqa çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maskalardan istifadə etmədikləri və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan edilən qəlyan istifadə edilməsi də aşkar edilib.

Obyektdə olan ümumilikdə 5 nəfər saxlanılaraq RPŞ-yə gətirilib. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər.

Xəbər lenti

17:58 13 İyul 2020
13:30 11 İyul 2020
10:03 11 İyul 2020
18:53 10 İyul 2020