Daha 248 nəfər koronavirusa yoluxdu - 2 nəfər vəfat etdi

GÜNDƏM
17:05
31 May 2020
227

Azərbaycanda 248 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sabah.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1956 və 1960-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3428 nəfər müalicə olunaraq sağalıb, 63 nəfər vəfat etmiş, 2003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağır, 65 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 298 min 648 test aparılıb.

Xəbər lenti

09:43 22 Oktyabr 2020
16:13 21 Oktyabr 2020
15:31 21 Oktyabr 2020
15:00 21 Oktyabr 2020
13:27 21 Oktyabr 2020
11:52 21 Oktyabr 2020
11:19 21 Oktyabr 2020
10:23 21 Oktyabr 2020
09:03 21 Oktyabr 2020
17:40 20 Oktyabr 2020