Qusarda hasar aşdı - 1 uşaq öldü, 2-si yaralandı

HADİSƏ
15:30
31 May 2020
107

Qusar rayonunda faciəvi hadisə baş verib.

Sabah.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 30-u saat 16 radələrində Cibir kəndi ərazisində Validdin Şeydayevin həyətində 3 uşaq oynayarkən təxminən 10 il əvvəl mişar daşı ilə tikilmiş hasar uçub. Bu zaman 2012-ci il təvəllüdlü Əlisultanov Arif Çingiz oğlu, ev sahibinin övladları – 2010-cu il təvəllüdlü Ramal və 2014-cü il təvəllüdlü Gülay daşların altında qalıb.

8 yaşlı A.Əlisultanov açıq kəllə-beyin travması alaraq hadisə yerində vəfat edib. Bacı-qardaş isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti