Paşayev qələbə ilə başladı

İDMAN
22:26
30 May 2020
148

Ukrayna Premyer Liqasında 2019/2020 mövsümü bərpa olunub.

Sabah.az xəbər verir ki, millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da bu gün oyuna çıxıb. Komanda 24-cü turda doğma meydanda "Zarya" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

P.Paşayev start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 45-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Aleksandriya" hazırda 43 xalla turnir cədvəlinin 5-ci pilləsindədir.

Xəbər lenti