Azərbaycanda koronavirusla bağlı son vəziyyət
21:20
30 May 2020
94Bu gün Azərbaycanda koronavirusla bağlı daha 4 661 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 30-na açıqladığı statistikada qeyd olunub.
Bildirilib ki, indiyə kimi ölkədə 294 264 test edilib və 5 246 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 3 327 nəfəri sağalıb, 61-i dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 257 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər vəfat edib, 202 xəstə sağalıb.

Daha çox