5 yaşlı uşaq antifriz içdi, xəstəxanalıq oldu

HADİSƏ
20:23
30 May 2020
90

Qazax rayonunda azyaşlı kimyəvi maddədən zəhərlənib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

Kənd sakini, 2015-ci il təvəllüdlü Zahid Mehdizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, 5 yaşlı uşaq avtomobil radiatoru üçün olan şaxta əleyhinə mayeni içərək zəhərlənib.

Xəbər lenti