Bakıda "07"lər oğurlayan şəxs saxlanıldı

XƏBƏR
14:28
30 May 2020
111

Bakıda “VAZ 2107” markalı 4 avtomobil qaçıran şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan paytaxt sakini Kənan Qarayevə məxsus “Vaz 2107” markalı avtomobil oğurlanıb. Zərərçəkən bu barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə şikayət edib. Sabunçu rayonunda yaşayan daha 3 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da istifadəsində olan eyni markalı avtomobillərin qaçırıldığını bildiriblər.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən paytaxt sakini Hacı Məmmədov qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 4 avtomobil qaçırdığını və həmin nəqliyyat vasitələrinin ehtiyat hissələri sökərək satdığını bildirib. Hacı Məmmədov ifadəsində Sabunçu rayonunda 1 market və 1 evdən oğurluq etdiyini də etiraf edib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hacı Məmmədovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

Xəbər lenti