"Azərtoxum"un bıçaqlanan direktorundan açıqlama - Yenilənib

XƏBƏR
13:37
30 May 2020
364

Bərdədə bıçaqlanma olub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şərifli kəndində qeydə alınıb. Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova 3 bıçaq zərbəsi endirib.

Xəstəxanaya yerləşdirilən M.Qasımovun vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Hadisəni törədən O.Fərəcbəylini saxlamaq hələlik mümkün olmayıb.

Qeyd edək ki, hadisə zamanı bıçaqlanan M.Qasımov “Azərtoxum” MMC-nin direktorudur.

***

"Azərtoxum”un bıçaqlanan direktorunun Məzahir Qasımovun vəziyyəti normaldır, hazırda Bərdə rayon xəstəxanasında tibbi yardım alır.

Bu barədə Trend-ə "Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımov məlumat verib.

Onun sözlərinə görə, hadisə kiçik münaqişə zəminində baş verib, dava edən şəxsləri ayırmaq istəyən zaman bıçaqlanıb:

"Hazırda xəstəxandayam, vəziyyətim normaldır, kiçik bir məsələdir, narahatlığa əsas yoxdur".

***

Bərdədə “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımov bıçaqlayan şəxs saxlanılıb.

APA-nın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Orxan Fərəcbəyli qaçmağa cəhd etsə də rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Xəbər lenti