Yük maşınları toqquşdu - Hər 2 sürücü öldü

HADİSƏ
09:37
30 May 2020
255

Sumqayıt şəhərində hər iki sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sabah.az FHN-ə istinadən xəbər verir ki, mayın 30-u gecə saatlarında Sumqayıt şəhərində “DAF” və “KamAZ” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “KamAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti