Yelləncək 14 yaşlı yeniyetmənin ölümünə səbəb oldu

HADİSƏ
22:20
29 May 2020
106

İmişli rayonunun Qızılkənd kəndində ölüm hadisəsi verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, yaşadığı evin həyətində yelləncəkdə yellənən 2006-cı il təvəllüdlü Şıxəliyev Rövşən Rubail oğlunun boğazına ilişən kəndir onun ölümünə səbəb olub.

R.Şıxəliyevin meyiti İmişli Rayon Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspetizası tərəfindən müayinə olunub.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti