TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

GÜNDƏM
21:25
29 May 2020
66

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 4 934 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 29-na açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 289 603 test edilib və 4 989 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 3 125 nəfəri sağalıb, 58-i dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 230 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib, 103 xəstə sağalıb.

Xəbər lenti