Azərbaycan Premyer Liqasının bərpası ilə bağlı iclas keçiriləcək
Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Sabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, saat 12.00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.
Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq .
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən mart ayından Azərbaycanda futbol yarışları dayandırılıb. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, mayın 31-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə veriləcək.
Daha çox