BDU-da yeni mətbuat katibi

GÜNDƏM
10:55
17 Fevral 2020
234

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.

Sabah.az xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Jurnalistika fakültəsinin müəllimi Günel İsgəndər qızı Orucəliyeva BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl universitetin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova olub. O, fevralın 12-də öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Xəbər lenti