Beyləqandakı qəzada ata öldü, oğlu yaralandı

HADİSƏ
13:34
29 May 2020
86

Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, qəza mayın 28-də saat 10 radələrində qeydə alınıb.

Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti