Qonşusunun qızıllarını oğurlayıb əyləncəyə xərclədi

XƏBƏR
11:59
29 May 2020
80

Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, bununla bağlı daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkmişin qonşusu Əli Rəsulov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, oğurladığı qızılları rayonda yerləşən qızıl-zinət mağazasına satıb və əldə etdiyi pulu öz əyləncəsi üçün xərcləyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti