Buzovnada “Jeep”lə vurulan piyada öldü

HADİSƏ
10:49
29 May 2020
66

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Sabah.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 28-də paytaxtın Buzovna qəsəbəsində Bakı şəhər sakini Taleh Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə piyada zolağı olmayan yerdə yolu keçən 1957-ci il təvəllüdlü Azad Əliyevi vurub.

Xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti