MSK-nın bu gün də iclası var

GÜNDƏM
10:11
17 Fevral 2020
43

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək.

Sabah.az xəbər verir ki, iclasda Milli Məclisə seçkilərlə əlaqədar daxil olan müraciətlərə baxılacaq.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Daxil olan digər müraciətlər isə baxılması üçün Dairə Seçki Komissiyalarına (DSK) geri göndərilib.

Xəbər lenti