Qubada maşın dərəyə aşdı, 1 nəfər öldü

HADİSƏ
09:42
29 May 2020
102

Quba rayonunda avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumat daxil olub.

Məlumata əsasən, Quba rayonunun Ördüc kəndi ərazisində “UAZ” markalı minik avtomobili dərəyə aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti