A Seriyasının bərpa tarixi dəyişdirildi
Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A seriyasının bərpası ilə bağlı qərar yenidən dəyişdirilib.
Sabah.az "Football Italia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora açıqlama verib.
O, yarışın əvvəlcədən açıqlandığı kimi, iyunun 13-də yox, 20-dən davam etdiriləcəyini deyib. Nazir tam təhlükəsizliyin təmin edilməsi üçün belə qərar verdiklərini bildirib.
Daha çox