Türkiyə Superliqası ilə bağlı qərar verildi, kubokun vaxtı da açıqlandı

İDMAN
20:47
28 May 2020
94

Bu gün Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası olub.

Sabah.az TFF-in saytına istinadən xəbər verir ki, iclasda Superliqanın taleyi ilə bağlı son qərar verilib.

Mövsümün daha öncə açıqlandığı kimi, iyunun 12-də bərpa olunacağı bildirilib. Oyunların təqviminin gün ərzində açıqlanacağı qeyd olunub.

Kubokun yarımfinalının cavab oyunlarının tarixi də açıqlanıb. İyunun 16-da “Fənərbaxça” – “Trabzonspor”, iyunun 18-də isə “Alanyaspor” – “Antalyaspor” matçı keçiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqası martda - 27-ci turda koronavirus pandemiyasına görə dayandırılıb.

Xəbər lenti