Dilənçilik etmədiyi üçün döyüldüyü deyilən azyaşlı ilə bağlı - Rəsmi açıqlama

ÖLKƏ
18:51
28 May 2020
68

“Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılır”.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, azyaşlının məcburi əməyə - dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb:

"Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlı evə gec gəldiyi üçün atası onu tənbeh etmək məqsədilə parçla (qulplu su qabı) övladına xəsarət yetirib. Fakt üzrə təhqiqat davam etdirilir, ailə üzvləri və digər yaxınlarının izahatları alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

Xəbər lenti