Avtomobillə velosipedçini vurub öldürdü

HADİSƏ
17:29
28 May 2020
80

Göyçayda 1 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Şıxbəy kəndində qeydə alınıb.

Belə ki, rayonun Şıxbəy kənd sakini 1980-ci il təvəllüdlü Cabbarov Tural Əlihüseyn oğlu velosipedlə hərəkətə olan zaman “KİA" markalı minik avtomobili onu vurub.

Ağır bədən xəsarətləri alan T.Cəbrayılov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti