Cümhuriyyəti quranların varislərindən Azərbaycana təbrik - Video
Respublika günü ilə əlaqədar olaraq, Azərbaycan xalqını təbrik edənlər arasında cümhuriyyətin qurucularının varisləri də var.
Sabah.az xəbər verir ki, onlar dünyanın müxtəlif ölkələrindən "Real TV" vasitəsilə ürək sözlərini çatdırıblar.
Görkəmli Azərbaycan diplomatı Ceyhun Hacıbəylinin Parisdə yaşayan nəvəsi Benjamin Hacıbəyli də təbriklərə qoşulub.
"Hamını salamlayıram. Mənim adım Benjamin Hacıbəylidir. Ceyhun Hacıbəylinin nəticəsi, Üzeyir Hacıbəyovun isə qardaşının nəvəsiyəm. Onların hər ikisinin Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasında xidmətləri olub. Ona görə də Hacıbəylilər ailəsinin adından sizi Azərbaycan Demokratik Cümhuriyyətinin 102-ci ili münasibəti ilə təbrik edir, sizə sülh və əmin-amanlıq arzu edirəm. Ümid edirəm ki, hələ çox bayramlar qeyd edəcəyik", - deyə Ceyhun Hacıbəylinin nəvəsi bildirib.
Daha çox