Bakıda yeznə-qayın arasında dava - Bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü İbişov Zahid Tofiq oğlu yeznəsi tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol said nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Z.İbişov əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Daha çox