Azərbaycanda koronavirusla bağlı son vəziyyət
Bu gün Azərbaycanda koronavirusla bağlı daha 4 325 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 27-nə açıqladığı statistikada qeyd olunub.
Bildirilib ki, indiyə kimi ölkədə 280 663 test edilib və 4 568 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 2 897 nəfəri sağalıb, 54-ü vəfat edib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 165 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib, 78 xəstə sağalıb.
Daha çox