İngiltərə klublarına kollektiv məşqlərə icazə verildi
İngiltərə Premyer Liqasının rəsmi saytı məşqlərin tam bərpası ilə bağlı klub rəhbərləri arasında aparılan səsvermənin nəticəsini açıqlayıb.
Sabah.az xəbər verir ki, klublar təmaslı məşqlərin əleyhinə olmadığını bildiriblər. Buna görə də artıq komandalar kollektiv şəkildə məşq edə və top uğrunda mübarizəyə girə bilərlər. Eyni zamanda, futbolçulara lazımsız təmasdan yayınmaq üçün verilən tövsiyyələr qüvvədə qalır.
Oyunçular və məşqçilər heyəti həftədə 2 dəfə koronavirus testindən keçəcəklər.
Daha çox