Rusiyadan daha 175 azərbaycanlı Bakıya gətirildi - Fotolar

ÖLKƏ
19:21
27 May 2020
74

Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

Sabah.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

 

Xəbər lenti