Marşrut avtobusunun vurduğu piyada ölüb

XƏBƏR
11:58
16 Fevral 2020
36

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

11 saylı xətt üzrə işləyən mikroavtobus yolu keçmək istəyən 1934-cü il təvəllüdlü Abbasov Eldar Qara oğlunu vurub. Yaşlı kişi sürücü tərəfində xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti