Millimizin oyunlarının vaxtı açıqlandı

İDMAN
17:35
27 May 2020
115

Qadınlardan ibarət A milli komandalar arasında millimizin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının vaxtı açıqlanıb.

Sabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən,  Polşa – Azərbaycan  qarşılaşmanın oktyabrın 23-də, həmçinin iyunun 5-də keçirilməli olan Çexiya – Azərbaycan görüşünün oktyabrın 27-də keçirilməsinə qərar verilib.

Oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, aprelin 9-da keçirilməli olan Polşa - Azərbaycan matçı koronavirus pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Xəbər lenti