Koronavirusa görə yeni kitabını pulsuz yayımladı
Məşhur yazıçı Coan Roulinq pandemiya dövründə uşaqların daha çox mütaliə edə bilməsi üçün yeni kitabının əlyazmalarını pulsuz yayımlayıb.
Sabah.az xəbər verir ki, bu haqda Tvitter hesabında yazan Roulinq "The Icokabag" adlı bu kitabının "Harri Potter"in davamı olmadığını vurğulayıb.
Oxucularına səslənən yazıçı uşaqlardan kitabı onun üçün rəsm çəkərək təsvir etmələrini xahiş edib. Belə ki, 2020-ci ildə çap olunacaq kitabın içərisində həmin şəkillərdən istifadə olunacaq.
Həmçinin, bu kitabdan əldə olunacaq bütün vəsait koronavirusdan əziyyət çəkənlərə bağışlanacaq.
Daha çox