Erməni məşqçi Ayazı təriflədi - "Rusiyada belə futbolçu var?"

İDMAN
14:04
27 May 2020
124

“Ayazın “Anji”yə dəvətinin təşəbbüskarı mən və Osman Kadıyev idi. Quliyevi “Spartak-2”-dən yaxşı tanıyırdım. O, 6, 8 və 10 nömrələrin keyfiyyətlərini özündə birləşdirən unikal futbolçudur. Ayaz dayaq yarımmüdafiəçisi kimi də oynaya bilir, hücumameyilli kimi də”.

Sabah.az xəbər verir ki, bu sözləri “Anji”nin sabiq baş məşqçisi Aleksandr Qriqoryan "eurosport.ru"ya açıqlamasında “Spartak”ın azərbaycanlı futbolçusu Ayaz Quliyev haqda danışarkən deyib.

İntizamsızlığına görə Ayazın “Spartak”ın 2-ci komandasına göndərilməsinə münasibət bildirən erməni məşqi əslində onun tərbiyəli bir insan olduğunu qeyd edib. O, Ayaz haqda xoş sözlər deyib:

“Onun bəzən özünü idarə edə bilməməsi hər kəsə məlumdur. Ancaq bu, mahiyyəti dəyişmir. O, tərbiyəli və saf bir insandır.

Ayaz Quliyevin potensialının nə olduğunu bilmək istəyirsizsə, onun “Anji”də “Zenit”ə qarşı oynadığı matça baxın. Görüş 1:1 hesabıyla bitdi, ancaq ən azı üç top vurmalıydıq. Bütün komanda çox yaxşı oynamışdı. Lakin Quliyevin yarımmüdafiədəki hərəkətlərinə baxın və mənə deyin: Rusiyanın mərkəz yarımmüdafiəçiləri arasında belə performans göstərə biləcək futbolçu varmı?”

Qeyd edək ki, Ayaz Quliyev 2017-ci ilin yanvarından dekabr ayınadək “Anji”də çıxış edib.

Xəbər lenti