Mərkəzdə yolun hərəkət hissəsinə qoyulan masa götürüldü - Foto

ÖLKƏ
13:28
27 May 2020
137

Sosial şəbəkələrdə Əziz Əliyev küçəsindəki restoranların birinin qarşısında yolun hərəkət hissəsində masanın qoyulmasını əks etdirən fotolar nəzarətə götürülüb.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Feysbukda yazıb. O bildirib ki, BNA-nın ərazidə xidmət aparan əməkdaşlarının müdaxiləsi ilə masa yolun hərəkət hissəsindən götürülüb.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə sözügedən küçədə restoranlardan birinin masanı yolun hərəkət hissəsinə qoymasıyla bağlı foto paylaşılmışdı.

Xəbər lenti