Şoka düşüb, “Sadəcə, vau...” dedi

İDMAN
11:30
16 Fevral 2020
70

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp rəqibləri “Mançester Siti”nin Avropa kuboklarından uzaqlaşdırılması haqda qərara münasibət bildirib.

Sabah.az BBC-yə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı bundan təəssüfləndiyini söyləyib:

“Bu mənim üçün əsl şok oldu. Sadəcə, vau... Mən “şəhərlilər”in futbol meydanındakı çıxışına qiymət verə bilərəm. Digər məsələlər barədə isə məlumatsızam. Həqiqətən Pepə və futbolçularına görə təəssüflənirəm. Amma artıq olan olub. İndi apelyasiya verə bilərlər. Ona görə də gözləyək. Belə görünür ki, vəziyyət ciddidir. Amma onların oyunu heç vaxt unudulmayacaq”.

Xatırladaq ki, UEFA maliyyə feyr-pley qaydasını pozduğu üçün İngiltərə təmsilçisi “Mançester Siti”ni qarşıdakı 2 mövsüm üçün Avropa kuboklarından uzaqlaşdırıb.

Xəbər lenti