Qəzada həlak olan Ceyhun Aprel döyüşlərinin iştirakçısı imiş

ÖLKƏ
00:58
27 May 2020
81

Ötən gün Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində həlak olan 4 hərbi qulluqçudan biri Aprel döyüşlərinin iştirakçısı olub.

Sabah.az xəbər verir ki, söhbət Lerik rayonu Siyov kəndində anadan olan Ceyhun Qafarovdan gedir. O, Aprel döyüşlərinin iştirakçısı ordumuzun giziri olub.

Həmçinin, C.Qafarovun atası da hərbçi olub. Belə ki, mərhumun atası mayor Mehman Qafarov 1993-cü ildə Ağcabədi rayonu Avşar kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Lerik rayonu Siyov kənd orta məktəbi Mehman Qafarovun adını daşıyır.

Xəbər lenti