Qubada bələdiyyə sədri və qardaşının evi yanıb - Video
Qubada yanğın baş verib.
Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yerfi kəndində qeydə alınıb.
Yerfi kənd məktəbində müəllim işləyən Həsənov Mübariz Oqtay oğluna və Yerfi kənd bələdiyyəsinin sədri Həsənov Əbülfət Oktay oğluna məxsus bir-birinə bitişik evlər yanıb. Hadisə yerinə FHN-in Quba rayon Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və canlı qüvvəsi cəlb edilib. Sakinlər yanğınsöndürənlərin gec çatmasından şikayətləniblər.
Qeyd edək ki, rayon mərkəzindən Yerfi kəndinə məsafə 50 kilometrdən artıqdır.
Daha çox