Rusiyada helikopter sərt eniş etdi - Ölənlər var+Video

GÜNDƏM
10:10
26 May 2020
69

Rusiyada "Mi-8" hərbi helikopterinin sərt eniş etməsi nəticəsində bir neçə nəfər həlak olub.

Sabah.az "TASS"a istinadən xəbər verir ki, hadisə Çukotka Muxtar Dairəsindəki hava limanında qeydə alınıb.

Bildirilib ki, qəza nəticəsində 4 nəfər həlak olub. İlkin məlumata görə, helikopterin düşməsinə texniki nasazlıq səbəb olub.

Çukotkanın Anadır rayonunun başçısı Sergey Savçenkonun məlumatına görə, fövqəladə hadisə təmirdən sonra keçirilən sınaqlar zamanı baş verib. Helikopter yerə düşəndən sonra yanıb.

Xəbər lenti