Avtomobil quyuya düşdü, ölən və yaralanan var - Fotolar
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Gəncə - İmamzadə avtomobil yolunda, Atabəylər küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yeni kanalizasiya xətlərinin çəkilişi zamanı qazılan 9 metr dərinlikdə olan quyuya düşüb.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar – 1985-ci il təvəllüdlü Fuad Rəcəbov və 1990-cı il təvəllüdlü Elmir Məmmədovdur. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətlərinin ağır olduğu bildirilib. Lakin xəsarət alan Fuad Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Avtomobili quyudan çıxarmaq üçün əraziyə FHN xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Daha çox