TƏBİB bugünkü test sayını açıqladı
Bu gün Azərbaycanda koronavirusla bağlı daha 2 672 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 25-nə açıqladığı statistikada qeyd olunub.
Bildirilib ki, indiyə kimi ölkədə 273 411 test edilib və 4 271 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 2 741 nəfəri sağalıb, 51-i vəfat edib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 149 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib, 134 xəstə sağalıb.
Daha çox