Şamaxıda tikinti zamanı 3 fəhlə yıxıldı - 1-i öldü
Bu gün səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində 2 nəfər xəsarət alıb.
Sabah.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən dünyasını dəyişib.
Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, APA-nın məlumatına görə, Şamaxıda bina inşası zamanı qaldırıcı kran aşıb və usta və fəhlələrdən 3 nəfər - Şamaxı rayonu Quşçu kənd sakini, 1995-ci il təvəllüdlü Heybətov Surət İslam oğlu və Şamaxı şəhər sakinləri, 1998-ci il təvəllüdlü İsgəndərov Zaur Qüdrət oğlu, 1959-cu il təvəllüdlü Fərəcov Sərdar Şahmar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlardan birinin vəziyyəti ağır olduğundan, müalicə üçün Bakıya göndərilmişdi.
Daha çox