Mingəçevirdəki qəzada yaralanan azyaşlı təcili Bakıya gətirildi

GÜNDƏM
11:29
25 May 2020
98

Ötən gün Mingəçevirdə baş verən qəzada ağır xəsarət alan azyaşlı uşaqlardan biri təcili Bakıya gətirilib.

Sabah.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə şəxsi Feysbuk hesabında paylaşım edib.

O bildirib ki, 13 nəfər xəsarət alanlardan 9 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Xəstəxanada qalan 4 uşaqdan biri isə dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib.

Qalan 3 uşaq Mingəçevir xəstəxanasında müalicə alır.

Qeyd edək ki, "Qafqazinfo" saytı ötən gün baş verən hadisənin həyat yoldaşı tərəfindən avtomobil sürməyi öyrənən qadının idarəetməni itirərək, Ramazan bayramı münasibətilə həyətdə süfrə arxasında əyləşən insanları vurması nəticəsində baş verdiyini bildirib.

Xəbər lenti