Zidan karantin qaydalarını pozdu
"Real”ın baş məşqçisi Zinəddin Zidan koronavirusa görə tətbiq olunan karantin qaydalarını pozub.
Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Madriddən kənarda yerləşən kənd evinə gedib.
Onun ötən il aldığı evini ziyarət etdiyi bildirilir. Fransalı mütəxəssisin qayda pozuntusu sübut edilərsə, 1500 avro cərimələnə bilər.
Qeyd edək ki, "Real” mayın 18-dən məşqlərini bərpa edib.
Daha çox