“Bütün məsuliyyət Ermənistanın üzərinə düşür” - XİN

XƏBƏR
21:15
15 Fevral 2020
57

Bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Seymur Ələsgərov şəhid olub.

Sabah.az xəbər verir ki, hadisəyə münasibət bildirən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu sözləri deyib:

“Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu təxribat onu göstərir ki, işğalçı ölkə bu ilin yanvar ayında hər iki ölkənin Xarici İşlər nazirlərinin görüşündən əvvəl olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan sülh prosesinə davamlı şəkildə xələl gətirir və hətta onu pozmağa çalışır. Vəziyyətin gərginləşməsinə xidmət edən bu qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Allah şəhidimizə rəhmət eləsin”.

Xəbər lenti