Serbiya millisinin sabiq futbolçusu intihar etdi
Serbiya millisinin sabiq üzvü Milyan Mrdakoviç intihar edib.
Sabah.az Serbiya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı keçmiş hücumçu Belqradda yaşadığı evdə özünə qəsd edib. Onun tapança ilə başından atəş açdığı bildirilib. Futbolçunun birgə yaşadığı sevgilisi hadisə yerinə polis çağırıb.
Qeyd edək ki, Mrdakoviç karyerası ərzində Belçikanın “Anderlext”, “Gent”, “Endraxt”, Avstriyanın “Austriya”, Ukraynanın “Metallist” (Xarkov), İsrailin “Makkabi” (Təl-Əviv), Portuqaliyanın “Vitoriya” və bir sıra başqa klublarda oynayıb.
Daha çox