Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.
Sabah.az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda deyilir:
“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”
Daha çox