TƏBİB test sayını açıqladı
Bu gün Azərbaycanda koronavirusla bağlı daha 5 912 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 23-nə açıqladığı statistikada qeyd olunub.
Bildirilib ki, indiyədək ölkədə 265 067 test edilib və 3 982 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 2 506 nəfəri sağalıb, 49-u vəfat edib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 127 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər vəfat edib, 107 xəstə sağalıb.
Daha çox